Azərbaycan Beynəlxalq Bankına məxsus avtomobillər təmir ediləcək

Azərbaycan Beynəlxalq Bankına məxsus avtomobillər təmir ediləcək Bakı. 11 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) minik (lot-1), inkassator və yük avtomobillərinin (lot-2) təmiri xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
Maliyyə
11 Noyabr , 2017 12:21
Azərbaycan Beynəlxalq Bankına məxsus avtomobillər təmir ediləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) minik (lot-1), inkassator və yük avtomobillərinin (lot-2) təmiri xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 24-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 30-na qədər Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili: 2700, 2703, e-poçt: [email protected]).

Təkliflərə dekabrın 1-də, saat 11:30-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi