Yuxarı

​Azərbaycan Beynəlxalq Bankı ilə "Roseksimbank" arasında saziş imzalanıb

“Roseksimbank” ABB-nin Rusiyadakı törəmə bankına 20 mln. dollar ayıracaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda keçirilən VII MDB ölkələrinin Beynəlxalq Bank Konfransı çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Rusiyanın “Roseksimbank”ı arasında əməkdaşlıq sazişi imzalanıb. “Report”un xəbər verdiyi kimi, sazişi ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev və “Roseksimbank”ın İdarə Heyətinin sədri Dmitri Qolovanov imzalayıblar.

Sazişin əsas xüsusiyyətlərindən biri iki ölkə arasında idxal-ixrac əməliyyatlarında milli valyutaların istifadəsi üçün imkanın yaradılmasıdır. D.Qolovanovun fikrincə, xarici ticarətdə milli valyutaların işlənməsi iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafında müsbət rol oynayacaq.

Həmçinin qeyd edilib ki, saziş çərçivəsində artıq “Roseksimbank” tərəfindən ABB-nin Rusiyada olan törəmə qurumu olan “ABB-Moskva” bankına 20 mln. ABŞ dolları məbləğində kredit xətti açılacaq. C.Hacıyevin sözlərinə görə, bu saziş idxal-ixrac əməliyyatlarının inkişafına dəstək olacaq.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi