Azərbaycan Beynəlxalq Bankı yeni xidmətini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı yeni xidmətini istifadəyə verib Yeni xidmət Bankın kart sahiblərinə aiddir
Maliyyə
15 Mart , 2016 10:11
Azərbaycan Beynəlxalq Bankı yeni xidmətini istifadəyə verib

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) “American Express” (Platinum) kartlarının sahiblərinə konsyerj xidmətini təqdim edir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu, dünyanın istənilən məkanında, 24/7 rejimində müştərinin təcili tapşırıqlarını yerinə yetirən, sorğuları cavablandıran, zəruri xidmətlərin rezervasiyası və ödənişində müştərilərə yardım göstərən bir xidmətdir.

"İstifadəsi çox sadədir: bir telefon zəngi, yaxud elektron məktub lazımi xidmətin cəmi bir neçə dəqiqə ərzində yerinə yetirilməsi üçün kifayətdir", - deyə ABB-dən bildirilib.

Konsyerj xidməti “American Express”in “Aspire lifestyles”la partnyorluğu çərçivəsində təqdim olunur. 1985-ci ildə yaradılmış şirkət 23 əlaqə mərkəzini, 31 özəl klinikanı və dünya üzrə 90 mindən çox partnyor və provayder şəbəkəsini özündə birləşdirir. Dünyanın 70-dən çox ölkəsində şirkətin nümayəndəlikləri var.

Qeyd edək ki, “American Express” kartlarını ABB-nin filial və şöbələrində sifariş etmək mümkündür. Bank hazırda ölkə üzrə 35 filiala və 43 şöbəyə malikdir.

Son xəbərlər

Orphus sistemi