​Azərbaycan Beynəlxalq Bankı yeni ödəniş sisteminə qoşulub

​Azərbaycan Beynəlxalq Bankı yeni ödəniş sisteminə qoşulub ABB ölkədə ilk dəfə olaraq "JCB International" kartları üzrə xidmətlərə başlayıb
Maliyyə
29 Yanvar , 2016 10:08
​Azərbaycan Beynəlxalq Bankı yeni ödəniş sisteminə qoşulub

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkədə ilk dəfə olaraq "JCB International" beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətlərə başlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, JCB kartlarından ABB-nin bütün bankomat və POS-terminallarında istifadə etmək olar.

Yaponiyanın böyük ödəniş sistemi olan JCB (Japan Credit Bureau) 1961-ci ildə yaradılıb. Bu gün dünyada 89 mln.-dan çox şəxs JCB kartlarından istifadə edir. JCB kartları Yaponiyadan başqa 19 ölkədə, o cümlədən Çin, Cənibi Koreya, Tayvan, Vyetnam, İndoneziya, Filippin, Sinqapur, Avstriya, İspaniya, ABŞ və Rusiyada buraxılır. JCB beynəlxalq ödəniş sistemi kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür. JCB kartlarına 190 ölkədə, 28 mln.-dan çox ticarət və iaşə mərkəzində xidmət göstərilir.

Bu ödəniş sistemi ilə əməkdaşlıq JCB kartlarından ABB-yə məxsus 730 bankomatda, habelə Bankın xidmət şəbəkəsinin əhatə etdiyi 11 mindən çox ticarət və ximət məkanında da istifadə imkanı verir.

ABB bununla yanaşı "Visa International", "MasterCard Worldwide", "American Express", "Diner’s Club" və "Union Pay" beynəlxalq ödəniş sistemləri ilə də əməkdaşlıq edir.

Qeyd edək ki, hazırda ABB-nin ölkə üzrə 35 filiala və 43 şöbəyə malikdir.

Son xəbərlər

Orphus sistemi