Azərbaycan Beynəlxalq Bankı yeni mobil bank əlavəsini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı yeni mobil bank əlavəsini istifadəyə verib Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) “Backbase” şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - “IBAm” mobil əlavəsini müştərilərin istifadəsinə verib.
Maliyyə
17 Noyabr , 2017 12:19
Azərbaycan Beynəlxalq Bankı yeni mobil bank əlavəsini istifadəyə verib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) “Backbase şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - “IBAm” mobil əlavəsini müştərilərin istifadəsinə verib.

“Report"un Banka istinadən verdiyi xəbərə görə, bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır.

“IBAm” istifadəçiləri hesablar, müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi, kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması, kartların bloklaşdırılması və blokdan çıxarılması, “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi kimi imkanlardan faydalana bilərlər.

Bundan başqa, həm ABB-yə, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr, müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr, bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat, daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru, kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödəniş edə bilərlər.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.

Bankın müştəriləri üçün “IBAm”a qoşulma və istifadə pulsuzdur. Bu xidmətə qoşulmuş müştərilər, 3 ay ərzində bankdakı mövcud cari hesablara və kartlara, həmçinin respublikadaxili bir çox bankların kartlarına köçürmələri də heç bir komissiya ödəmədən həyata keçirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi