Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb Kreditin maksimum məbləği 15 min manat, maksimum müddəti isə 36 ay ola bilər
Maliyyə
18 Oktyabr , 2017 10:26
Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə yeni kredit kampaniyasına başlayıb.

“Report”un banka istinadən verdiyi xəbərə görə, ABB-nin bütün əmək haqqı və pensiya kart sahibləri bu kampaniya çərçivəsində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilərlər.

Kampaniyaya əsasən, kreditin maksimum məbləği 15 min manat təşkil edir. Kredit maksimum 36 ayadək müddətə, illik faiz dərəcəsi 2% endirimlə - 25%-dən başlayaraq təklif edilir. Kredit 5 000 manata qədər olduqda, zaminsiz verilir. Kreditin rəsmiləşdirilməsi komissiyasızdır.

Aksiya oktyabrın 20-dək keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir.

Son xəbərlər

Orphus sistemi