Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirir Kredit komissiyasız rəsmiləşdirilir
Maliyyə
14 İyun , 2017 11:19
Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirir

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı səhiyyə işçilərinin peşə bayramı münasibətilə onlar üçün “İllərdir birlikdəyik!” şüarı altında özəl kampaniyaya başlayıb. Əmək haqlarını bu bankın kartları ilə alan səhiyyə işçilərinə manatla nağd pul kreditini güzəştli şərtlərlə əldə etmək imkanı yaradılıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya müddətində 15 min manatadək kredit illik 24%-dən başlayaraq 36 ay müddətədək verilir. 2 000 manatadək kredit üçün zamin tələbi yoxdur. Kredit komissiyasız rəsmiləşdirilir.

Kampaniya 30 iyun tarixinədək keçərlidir.

Krediti ABB-nin bütün filiallarında əldə etmək olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən həyata keçirə bilər.

Bundan başqa, bankın "Randevu" xidmətinin (bankda əvvəlcədən görüş təyin etmə - növbəsiz xidmət) üstünlüklərindən faydalanmaqla filiallarda növbəsiz xidmət almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi