Azərbaycan Beynəlxalq Bankı yeni kampaniya keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni kampaniya keçirir Bu güzəşt kampaniyası avqustun 31-dək davam edəcək
Maliyyə
29 İyun , 2016 11:44
Azərbaycan Beynəlxalq Bankı yeni kampaniya keçirir

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni kampaniyası çərçivəsində hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart” avqustun 31-dək müştərilərə pulsuz təqdim olunacaq. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu kartla illik 22% dərəcəsi ilə 500-5000 manat məbləğində kredit əldə etmək olar. “ElKart”la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir.

“ElKart”la ABB-nin tərəfdaşı olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür.

Qeyd edək ki, 2014-cü ildən müştərilərin istifadəsində olan “ElKart” Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır. “ElKart” “Visa PayWave” və “Mastercard PayPass” təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS-terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-xəbərdarlıq xidmətinə də pulsuz qoşulur. 

Son xəbərlər

Orphus sistemi