Yuxarı
    Bağlamaq

    Azərbaycan Beynəlxalq Bankı "Visa" kartları ilə ödənişlərin həcminə görə liderdir

    Bu münasibətlə bank “Visa International” şirkətinin xüsusi sertifikatına layiq görülüb

    Bakı. 27 iyul. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2017-ci ilin ilk rübündə "Visa" ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub. 

    Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda deyilir ki, bu münasibətlə bank “Visa International” şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, “Visa”nın tərəfdaşlarının iştirakı ilə keçirilən görüş-seminarda mükafat ABB-yə təqdim olunub.

    Xatırladaq ki, ABB nağdsız ödəniş ənənələrini ilk dəfə Azərbaycana gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1,3 mln.-dan çox olan Bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində ABB-nin 11 650 POS-terminalı müştərilərin istifadəsindədir.

    Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “Visa PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.

    Eyni zamanda, “Visa International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin Azərbaycanda ilk dəfə tətbiqi də məhz ABB-yə məxsusdur.

    Xatırladaq ki, ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki səhifəsindən əldə etmək olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi