Azərbaycan Beynəlxalq Bankı tenderlər keçirir

Azərbaycan Beynəlxalq Bankı tenderlər keçirir Tenderlərdə iştirak haqqı 100 manatdır
Maliyyə
20 May , 2017 08:47
Azərbaycan Beynəlxalq Bankı tenderlər keçirir

Bakı. 20 may. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Oracle” proqramı üzrə lisenziya dəstəyinin satın alınması üzrə açıq tender elan edib.

“Report” Banka istinadən xəbər verir ki, iddiaçılar ilkin sənədləri iyunun 28-nə qədər, tender təklifi və onun dəyərinin 10%-i qədər bank təminatını isə iyulun 7-nə qədər ABB-nin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Təkliflərə iyulun 10-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Bundan başqa, ABB plastik kartlar üçün pəstahların satın alınması məqsədi ilə açıq tender keçirir. İddiaçılardan ilkin sənədlər iyunun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatı isə iyulun 10-na qədər Bankın baş ofisində qəbul edilir. Təkliflər iyulun 11-də, saat 11:00-da burada açılacaq.

Qeyd edək ki, hər iki tenderdə iştirak haqqı 100 manatdır. 

Son xəbərlər

Orphus sistemi