Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Azərbaycan Beynəlxalq Bankı tender keçirir Tenderdə iştirak haqqı 100 manatdır
Maliyyə
23 May , 2017 08:59
Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Bakı. 23 may. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Backbase” sisteminin tətbiqi üçün avadanlıq və proqram təminatının satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” Banka istinadən xəbər verir ki, avadanlıq üçün əsas seçim “IBM”, alternativ seçim “LENOVO” serverləri, proqram təminatı üçün əsas seçim “ORACLE”dır.

Tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri iyunun 12-nə qədər, tender təklifi və onun dəyərinin 10%-i qədər bank təminatını isə iyunun 22-nə qədər ABB-nin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur. Telefon: (012) 493-00-91, daxili 2700, 2703.

Təkliflərə iyunun 23-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi