Azərbaycan Beynəlxalq Bankı "Təhlükəsiz kart" proqramının tətbiqinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı "Təhlükəsiz kart" proqramının tətbiqinə başlayıb Bu, müştəriləri kart hesabındakı vəsaitlərin təhlükəsizliyi qayğısından tam azad edəcək
Maliyyə
6 Dekabr , 2016 11:14
Azərbaycan Beynəlxalq Bankı Təhlükəsiz kart proqramının tətbiqinə başlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkədə ilk dəfə olaraq "Təhlükəsiz kart" proqramının tətbiqinə başlayıb. "Report" xəbər verir ki, layihə "VISA International" şirkəti ilə müştərək şəkildə, şirkətin qlobal "Sıfır məsuliyyət" (zero liability) siyasəti çərçivəsində həyata keçirilir.

Bankın açıqlamasında deyilir ki, bu siyasət müştəriləri kart hesabındakı vəsaitlərin təhlükəsizliyi qayğısından tam azad edir: "Bu imkandan yararlanan müştəri özünün təsdiqləmədiyi ödənişlərə görə, heç bir məsuliyyət daşımır. Belə ki, Bankın təmin etdiyi "SMS-xəbərdrlıq", "VISA verified" və "Mobile banking" xidmətlərinə qoşulur. Bununla da müştəri hesabı üzrə əməliyyatları mütəmadi nəzarətdə saxlayır. Hər hansı şübhəli əməliyyat barədə dərhal Bankı məlumatlandırır".

ABB-nin açıqlamasında deyilir ki, əgər ödəniş əməliyyatının müştərinin aparmadığı təsdiqini taparsa, bu zaman Bank müştəriyə dəymiş ziyanı ona qaytarır.

Proqramın təqdimat mərasimində çıxış edən VISA-nın Azərbaycan, Moldova və Belarus üzrə regional meneceri İqor Kovalyov deyib ki, təhlükəsizlik təmsil etdiyi şirkətin əsas vəzifələrindən biridir.

ABB-nin elektron ödənişlər şöbəsinin müdiri Eltəkin Rəhimov isə deyib ki, bu yenilik VISA kartlarından istifadə edən müştərilərin sayını artıracaq: "Bu müştərək proqram Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsinə səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi