Azərbaycan Beynəlxalq Bankı tariflərdə böyük dəyişikliklər edib

Azərbaycan Beynəlxalq Bankı tariflərdə böyük dəyişikliklər edib Əvvəllər ayda 1,18 manatlıq abunə haqqı ilə təklif edilən bu xidmət indi tamamilə pulsuz olub
Maliyyə
31 May , 2017 11:15
Azərbaycan Beynəlxalq Bankı tariflərdə böyük dəyişikliklər edib

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) "SMS-xəbərdarlıq" xidməti üzrə tariflərdə böyük dəyişikliklər edib. Əvvəllər ayda 1,18 manatlıq abunə haqqı ilə təklif edilən bu xidmət indi "Visa" və "MasterCard"ın "Gold", "Platinum", "Amex Green Card", "Visa PrimeCard Gold", "Amex Gold Card", "Visa PrimeCard Platinum", "Visa Infinite"/"MC World Elite", "Amex Platinum Card" ödəniş kartlarının sahibləri üçün tamamilə pulsuz olub.

ABB-dən "Report"a bildirilib ki, digər ödəniş kartlarının sahibləri isə bu xidmətdən indi cəmi 0,40 manat aylıq abunə haqqı ilə faydalana bilərlər. Qeyd edək ki, Beynəlxalq Bank həmçinin digər bir sıra məhsul və xidmətlər üzrə də tarifləri optimallaşdırıb və beləliklə, xidmətlərini müştərilər üçün daha sərfəli edib.

"SMS-xəbərdarlıq" xidməti müştəriyə ödəniş kartı üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә SMS şəklində bildirişlər almaq imkanı verir. Kart hesabına vəsait daxil olanda, yaxud hesabdan vəsait çıxanda müştərinin mobil telefonuna dərhal bu barədə SMS göndərilir. Beləliklə, müştəri bu xidmət vasitəsilə öz kart hesabını 24/7 rejimində nəzarət altında saxlamış olur. Azərbaycan Beynəlxalq Bankının "SMS-xəbərdarlıq" xidmətinə bankın bankomatları vasitəsilə qoşulmaq mümkündür.

Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi