Azərbaycan Beynəlxalq Bankı premium kartlara 50%-ə qədər endirim təklif edir

Azərbaycan Beynəlxalq Bankı premium kartlara 50%-ə qədər endirim təklif edir Bakı. 14 noyabr. REPORT.AZ/ Ölkədə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) plastik kartlarla bağlı yeni endirim kampaniyasına başlayıb.
Maliyyə
14 Noyabr , 2017 10:50
Azərbaycan Beynəlxalq Bankı premium kartlara 50%-ə qədər endirim təklif edir

Bakı. 14 noyabr. REPORT.AZ/ Ölkədə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) plastik kartlarla bağlı yeni endirim kampaniyasına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, noyabrın 30-na qədər davam edəcək kampaniya 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə keçirilir. Kampaniya çərçivəsində “VİSA Gold” və “MasterCard Gold” kartlarını bankdan cəmi 10 manata almaq olar.

Bundan başqa, 14 – 17 noyabr tarixləri arasında “VİSA/MC Platinum”, “AMEX Green” kartları müştərilərə 50%, “VİSA Gold Prime”, “VİSA Platinum Prime”, “VİSA İnfinite”, “MasterCard World Elite”, “AMEX Gold”, “AMEX Platinum” kartları isə 40% endirimlə təklif edilir.

ABB hazırda xeyli sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edir. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində Bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

Ölkədə ən böyük bankomat şəbəkəsinə malik olan ABB nağdsız əməliyyatlar sahəsində də liderlərdəndir. Bankın plastik kartlarını aşağıdakı linkdən onlayn rejimdə sifariş etmək mümkündür.

https://www.ibar.az/az/individual/cards/

Müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az ünvanında yerləşən internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın “Facebook” sosial şəbəkəsində yerləşən rəsmi internet səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi