Azərbaycan Beynəlxalq Bankı polislər üçün kredit kampaniyası keçirir

Azərbaycan Beynəlxalq Bankı polislər üçün kredit kampaniyası keçirir Kampaniya 30 iyun-14 iyul müddətində keçərlidir
Maliyyə
30 İyun , 2017 10:59
Azərbaycan Beynəlxalq Bankı polislər üçün kredit kampaniyası keçirir

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 2 iyul - polislərin peşə bayramı münasibətilə onlar üçün xüsusi kampaniya keçirir. Polis günü ərəfəsində start verilən kampaniya çərçivəsində Bankın maaş kartına sahib asayiş keşikçiləri üçün nağd pul kreditinə 2% endirim edilir.

"Report" bu barədə ABB-yə istinadən xəbər verir.

Aksiya çərçivəsində müştərilər 15 min manatadək krediti 36 ayadək müddətə, illik faiz dərəcəsinə 2% endirimlə əldə edə bilərlər. 3 min manatadək kredit üçün zamin tələb olunmur. Kreditin rəsmiləşdirilməsi komissiyasızdır.

Kampaniya 30 iyun-14 iyul müddətində keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir.

Son xəbərlər

Orphus sistemi