​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır

​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır Yeni emissiya hesabına bank nizamnamə kapitalını 690,2 mln. manata çatdıracaq
Maliyyə
12 Mart , 2015 17:07
​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır

Bakı. 12 mart. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi 100 000 000,17 manat təşkil edir. Belə ki, bank kütləvi təklif üsulu ilə yerləşdirməyi planlaşdırdığı 370 370 371 ədəd səhmlərinin hər birinin nominal dəyəri 0,27 manatdır.

Bildirək ki, yerləşdirmə nəticəsində ABB-nin nizamnamə kapitalı 16,9% artaraq 690 192 320,17 manata çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi