“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti artıb

“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti artıb “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 322,987 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
14 Oktyabr , 2019 11:36
“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 322,987 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,2% çoxdur.

9 ay ərzində ABB-nin gəlirləri 434,529 milyon manat (illik müqayisədə 11,5% çox), xərcləri 184,86 milyon manat (6,8% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 73,318 milyon manat (28,5% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 9 321,336 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12% çoxdur. Bunun 1 994,816 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,6% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 11,2% artaraq 7 829,995 milyon manata, o cümlədən depozit portfeli 23,7% artaraq 5 461,198 milyon manata, balans kapitalı isə 16,5% artaraq 1 491,341 milyon manata çatıb. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 4,39%-i fiziki şəxslərə, 0,32%-i hüquqi şəxslərə, 0,13%-i isə "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına məxsusduir. 

Son xəbərlər

Orphus sistemi