Yuxarı

“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti 31% artıb

​“Azərbaycan Beynəlxalq Bankı”nın mənfəəti 31% artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) cəmi aktivləri bu il iyulun 1-nə 8 487,726 milyon təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 11,5% çoxdur.

ABB-nin aktivlərinin 1 786,244 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,6% böyüyüb.

Hesabat dövründə ABB-nin cəmi öhdəlikləri 9,2% artaraq 7 017,793 milyon manata, o cümlədən depozit portfeli 22% artaraq 4 625,104 milyon manata, cəmi kapitalı isə 23,7% artaraq 1 469,933 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında ABB-nin gəlirləri 284,503 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 9,7% çox), xərcləri 120,46 milyon manat (1,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 136,297 milyon manat (54,6% çox) təşkil edib. Son nəticədə Bank I yarımili 300,34 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 30,7% çoxdur.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 4,42%-i fiziki şəxslərə, 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 0,32%-i digər hüquqi şəxslərə, 0,1%-i isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi