Azərbaycan Beynəlxalq Bankı maliyyə göstəricilərini açıqlayıb

Azərbaycan Beynəlxalq Bankı maliyyə göstəricilərini açıqlayıb Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin 26 yaşı tamam olur.
Maliyyə
10 Yanvar , 2018 17:00

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin 26 yaşı tamam olur.

“Report”un Bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 10 yanvar 1992-ci ildə fəaliyyətə başlamış Bank aktivlərinin həcminə görə Cənubi Qafqaz regionunun ən böyük bankıdır.

Fəaliyyətinin 26-cı ildönümü günündə ABB 2017-ci il üzrə fəaliyyətinin nəticələrini də açıqlayıb.

Açıqlamada deyilir ki, Bank ötən il aktivlərinin sağlamlaşdırılması və xarici valyutada olan öhdəliklərinin könüllü restrukturizasiyası prosesini uğurla başa çatdıraraq yeni inkişaf mərhələsinə daxil olub.

“ABB-nin sağlamlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, eləcə də Bankın gəlirliyinin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış addımlar Bankın kapital mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Nəticədə Bankın kapitalı (requlyativ kapital) 525 mln. manata, kapital adekvatlığı əmsalı isə minimum normativ tələbi 1,8 dəfə üstələyərək 18%-ə yüksəlib”.

2017-ci ilin sonuna Bankın aktivləri 8,69 mlrd. manat, öhdəlikləri 7,75 mlrd. manat, balans kapitalı isə 0,94 mlrd. manat olub. Kredit və depozit portfeli isə müvafiq olaraq 1,8 mlrd. manat və 5,1 mlrd. manat təşkil edib. Beləliklə, ABB ölkədə ən böyük kapitala və aktivlərə malik olan bankdır.

“Bankın bazar mövqeyinin qorunaraq daha da gücləndirilməsi, innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi yeni mərhələnin əsas strateji hədəflərindəndir”, – deyə açıqlamada deylir.

Son xəbərlər

Orphus sistemi