Yuxarı

Azərbaycan Beynəlxalq Bankı kreditorlarına müraciət edib

Azərbaycan Beynəlxalq Bankı kreditorlarına müraciət edib

Müraciət bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlıdır

Bakı. 12 may. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 4 may 2017-ci il tarixli qərarına əsasən və “Banklar haqqında” qanuna uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Bankın rəsmi mətbuatdakı açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, restrukturizasiya prosesinin təsir etdiyi kreditorlar məhkəmə qərarının və restrukturizasiya planının layihəsinin surətlərini ABB-nin baş ofisindən (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67) və Nəsimi Rayon Məhkəməsindən əldə edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi