Azərbaycan Beynəlxalq Bankı kreditləşmə şərtlərini dəyişib

Azərbaycan Beynəlxalq Bankı kreditləşmə şərtlərini dəyişib Bakı. 2 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC kreditləşmə şərtlərini tam dəyişib. 
Maliyyə
2 Mart , 2018 09:55
Azərbaycan Beynəlxalq Bankı kreditləşmə şərtlərini dəyişib

Bakı. 2 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC kreditləşmə şərtlərini tam dəyişib. 

Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yeni şərtlərlə nağd pul krediti bankın əmək haqqı və pensiya kartı sahiblərinə “BİZDƏ VAR!” devizi altında istənilən məqsədlər üçün təqdim olunur. Kreditin maksimal məbləği 20 min manata qədər, maksimal müddəti isə 60 aya qədər artırılıb. İllik faiz dərəcəsi isə 23%-ə qədər azaldılıb. Müştərilərə 5 min manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Üstəlik, kredit almaq üçün müştərinin yaş məhdudiyyəti də 70 yaşa qədər yüksəldiib.

Ödənişlərə gəlincə, müştəri məsələn, 3 min manat kredit aldıqda ayda artıq 120 manat deyil, 87 manat, 5 min manat kredit aldıqda ayda 199 manat deyil, 144 manat, 10 min manat kredit aldıqda isə ayda 398 manat deyil, 288 manat ödəyəcək. 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və yaxud 8937 qısa nömrəsinə SMS göndərməlidir.

ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi