​Azərbaycan Beynəlxalq Bankı konsolidasiya xəbərini təkzib edib

​Azərbaycan Beynəlxalq Bankı konsolidasiya xəbərini təkzib edib ABB: "Bank Standard"la birləşmə ilə bağlı heç bir danışıqlar aparılmır
Maliyyə
22 Aprel , 2016 11:29
​Azərbaycan Beynəlxalq Bankı konsolidasiya xəbərini təkzib edib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) "Bank Standard" QSC-nin ABB ilə konsolidasiyasına dair yayılan xəbərlərlə bağlı mövqeyini açıqlayıb. Bankın mətbuat katibi Yadigar Cəfərli "Report"a açıqlamasında bu məlumatı təkzib edib. O, ABB və "Bank Standard"ın birləşməsi ilə bağlı hər hansı danışıqların aparılmadığını bildirib.

Qeyd edək ki, bu günlərdə bank sektorundakı mənbələrə istinadən bu iki bankın birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi