Azərbaycan Beynəlxalq Bankı islam maliyyələşdirməsini genişləndirir

Azərbaycan Beynəlxalq Bankı islam maliyyələşdirməsini genişləndirir Əlavə maliyyələşdirmə 300 mln. dollar həcmində planlaşdırılır
Maliyyə
13 Yanvar , 2015 12:36
Azərbaycan Beynəlxalq Bankı islam maliyyələşdirməsini genişləndirir

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) şəxsi islam aktivlərinin yayılması ərəfəsində (sukuk) Birləşmiş Ərəb Əmirliyindən sərmayə cəlb etmək niyyətindədir. "Report" "Emirates247"yə istinadən xəbər verir ki, həmin aktivlərin ilk həcmi 200-300 mln. dollar səviyyəsində planlaşdırılır. 

ABB islam bankinqi departamentinin rəhbəri Behnam Qurbanzadənin sözlərinə görə, Fars körfəzi ölkələrindən maliyyə vəsaitinin gələcəkdə də cəlb olunması üçün bank BƏƏ-nin "Al Hilal" və "Noor Bank" bankları ilə əməkdaşlıq etmək niyyətindədir. 

Qeyd edək ki, bu məqsədlə ABB "Al Hilal" və "Noor Bank" banklarının birləşdirilimiş islam istiqrazı vasitəsilə 252 mln. dollar vəsait cəlb edib. Həmin kreditləşmənin digər iştirakçıları "Barwa Bank", "Citigroup" və "JP Morgan" olub.

B.Qurbanzadə həmçinin bildirib ki, kredit siyasətinin genişləndirilməsi, biznesin inkişafı və alternativ maliyyələşdirmə mənbələrinin cəlb olunması məqsədilə ABB ilin ikinci yarısında "sukuk" alətini işə salmağı planlaşdırır: "Biz Azərbaycanda islam bankinqini inkişaf etdirmək istəyirik, çünki cari iqtisadi vəziyyətdə Qərbdən vəsait cəlb etmək çox çətindir.

Qeyd edək ki, "sukuk" şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Şəriətlə sələmçiliyin qadağa olunması ilə bağlı sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. "Sukuk" maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.

Son xəbərlər

Orphus sistemi