Yuxarı

Azərbaycan Beynəlxalq Bankı depozitlər üzrə faizləri artırıb

Məbləğ 100 min manatdan çox olduqda faiz dərəcələrinə 0,5% əlavə olunur

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki şəxslər tərəfindən manatda yerləşdirilən depozitlər üzrə faiz dərəcələrini artırıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, beləliklə, hazırda bankda manatla "Klassik" və "Multivalyuta" depozitləri üzrə faizlər aylıq ödənildikdə illik 11,2%, illik olduqda isə 12% təşkil edir.

Bununla yanaşı bildirilir ki, 24 ay müddətinə yerləşdirilən depozitlər üzrə faiz ödənişləri aylıq olduqda 11,4%, illik olduqda 12,2% və müddətin sonunda olduqda 13%-dir. Eyni zamanda, 48 aylıq depozitlər üçün faiz dərəcələri müvafiq olaraq 11,8%, 12,6% və 15,4% müəyyən edilib, 120 ay müddətinə yerləşdirilən depozitlər üçün gəlirlilik faiz ödənişləri aylıq olduqda 13%, illik olduqda 13,8%, müddətin sonunda isə 22,4% təşkil edir.

"Klassik", Multivalyuta" depozitlərində məbləğ 100 min manatdan (yaxud başqa valyutada ekvivalenti) çox olduqda faiz dərəcələrinə 0,5% əlavə olunur. 

Bildirək ki, müştərilər ABB-də 3-120 ay müddətinə depozit yerləşdirə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi