Azərbaycan Beynəlxalq Bankı bankomat problemini həll edib

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini həll edib Vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub
Maliyyə
7 Noyabr , 2016 11:53
Azərbaycan Beynəlxalq Bankı bankomat problemini həll edib

Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC son günlər bir çox bankomatlarında vəsaitin olmaması səbəblərinə aydınlıq gətirib. 

Bankın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub. 

"Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər", - deyə ABB-nin rəsmi məlumatında qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi