Azərbaycan Beynəlxalq Bankı auditor axtarır

Azərbaycan Beynəlxalq Bankı auditor axtarır ABB açıq tender elan edib
Maliyyə
5 Avqust , 2017 09:55
Azərbaycan Beynəlxalq Bankı auditor axtarır

Bakı. 5 avqust. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC bankın və onun törəmə müəssisələrinin 2017-ci ilin 9 aylıq maliyyə göstəriciləri üzrə audit baxışının və illik dövrü üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin keçirilməsi üzrə açıq tender elan edib.

“Report” bu barədə Tender Komissiyasına istinadən xəbər verir.

Tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank təminatı istisna olmaqla digər sənədləri 11 sentyabr 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 sentyabr 2017-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklifləri 19 sentyabr 2017-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi