Azərbaycan Beynəlxalq Bankı 3 “ASAN xidmət” mərkəzində POS-terminal quraşdırıb

Azərbaycan Beynəlxalq Bankı 3 “ASAN xidmət” mərkəzində POS-terminal quraşdırıb Bakı. 18 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir.
Maliyyə
18 Dekabr , 2017 11:59
Azərbaycan Beynəlxalq Bankı 3 “ASAN xidmət” mərkəzində POS-terminal quraşdırıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir.

“Report” xəbər verir ki, bu barədə Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qurumun yaratdığı işçi qrupunun birgə fəaliyyəti nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin təmsil olunduğu 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə verilib.

Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür. Xatırladaq ki, bundan əvvəl “Kapital Bank” ASC 4 saylı Bakı “ASAN xidmət” mərkəzində, 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə və Masallı “ASAN xidmət” mərkəzində POS-terminallar quraşdıraraq nağdsız ödəniş imkanı yaradıb.

Azərbaycan Mərkəzi Bankı, ölkə prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən banklar, həmçinin xidmət mərkəzlərinin də təmsil olunduğu bu işçi qrupu çərçivəsində atılan addımlar əsasında ölkədə emissiya edilmiş ödəniş kartları ilə “ASAN xidmət” mərkəzlərində POS-terminallar vasitəsilə HÖP üzərindən aparılan əməliyyatlarda “interçeync” xidmət haqlarının tətbiq edilməməsi (sıfır tarifi ilə tətbiqi) qərara alınıb. Bu məqsədlə “Banklararası Kart Mərkəzi üzərindən əməliyyatların aparılmasına dair Kollektiv Saziş”ə müvafiq düzəlişlər edilərək iştirakçı təşkilatlarla razılaşdırılıb. Eyni zamanda, aparılan əməliyyatların xidmət haqlarının tətbiq edilməməsi ilə emal olunması məqsədilə Banklararası Kart Mərkəzi səviyyəsində yeni “Merchant Category Code” (MCC kod) təyin edilib.

Birgə aparılacaq islahatlar əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş imkanları təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi