Azərbaycan bazara yeni avrobond emissiyası çıxara bilər

Azərbaycan bazara yeni avrobond emissiyası çıxara bilər Hazırda ölkə hökuməti beynəlxalq kapital bazarındakı vəziyyəti izləyir
Maliyyə
9 Dekabr , 2014 18:22
Azərbaycan bazara yeni avrobond emissiyası çıxara bilər
Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan hökuməti Avropa fond bazarında dövlət istiqrazları emissiyasının yerləşdirilməsi məsələsinə baxmaq niyyətindədir. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Gələn il avrobondların yerləşdiriləcəyini hələ dəqiq deyə bilmərik. Bu, bazarın konyukturası və bizim iqtisadi parametrlərimizdən asılı olacaq. Hazırda vəziyyəti izləyirik və bundan asılı olaraq qərar verəcəyik. İlk növbədə gəlirliyə diqqət yetiriləcək".

S.Şərifovun sözlərinə görə, avrobondların yerləşdirilməsi özəl sektor üçün gəlir əldə etmək məqsədi daşıyır. Nazir xatırladıb ki, Azərbaycan artıq beynəlxalq maliyyə kapital bazarına çıxıb. Belə ki, Azərbaycan ilk dəfə 1,25 mlrd. dollar həcmində qiymətli kağızlarını beynəlxalq bazarda yerləşdirib. Bu istiqrazların tədavül müddəti 10 il olub və bazar iştirakçaları tərəfindən maraqla qarşılanıb.

"Bu gün qiymətli kağızlar üzrə faiz dərəcələri azalıb. Bizim kağızların faiz dərəcələri Amerika kağızlarına qarşı çox cuzi artıb", - deyə maliyyə naziri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi