Azərbaycan banklarının xarici öhdəlikləri kəskin azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri kəskin azalıb Bu tendensiyanın mart ayında da davam etməsi gözlənilir
Maliyyə
11 Aprel , 2017 11:32
Azərbaycan banklarının xarici öhdəlikləri kəskin azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi martın 1-nə 7 511,3 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-nə olan göstərici ilə müqayisədə 560,4 mln. manat və ya 6,94% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 99,7 mln. manat və ya 1,35% artıb.

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin fevral ayında azalması manatın bahalaşması ilə izah olunur. Bankların xarici öhdəliklərinin mart ayında da dolların kəskin ucuzlaşması səbəbindən azalacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi