Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb Aprel ayında isə xarici öhdəliklərdə ciddi dəyişiklik gözlənilmir
Maliyyə
12 May , 2017 13:03
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi aprelin 1-nə 7 310,9 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-nə olan göstərici ilə müqayisədə 200,4 mln. manat və ya 2,67% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 124,5 mln. manat və ya 1,67% azalıb.

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin mart ayında azalması manatın məzənnəsinin artması ilə bağlıdır. Aprel ayında dolların məzənnəsinin sabitləşməsi səbəbindən isə bankların xarici öhdəliklərinin çox dəyişməyəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi