Azərbaycan banklarının xarici öhdəlikləri 2% azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri 2% azalıb İlin əvvəlindən AMB bankları əlavə 2,1 mlrd. manatlıq maliyyələşdirib
Maliyyə
2 Dekabr , 2016 16:47
Azərbaycan banklarının xarici öhdəlikləri 2% azalıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2016-cı il noyabrın 1-nə 6 229 mln. manat təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 129 mln. manat və ya 2,03% azdır. İlin əvvəlinə olan göstərici ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 975,5 mln. manat və ya 24,08% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə 85,8 mln. manat və ya 1,4% artım qeydə alınıb. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur. Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 2,13 mlrd. manata yaxın vəsait verib.

 

Son xəbərlər

Orphus sistemi