Yuxarı

Azərbaycan banklarının xarici öhdəlikləri 2% artıb

Son bir ildə xarici öhdəliklər 70% artsa da, real olaraq azalıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri 2016-cı il fevralın 1-nə 8 385,9 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, yanvarın 1-i ilə müqayisədə xarici öhdəliklərin həcmi 181,4 mln. manat və ya 2,2%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 450,3 mln. manat və ya 70% artıb. 

"Report"un analitik qrupu hesab edir ki, bankların xarici öhdəliklərinin manat ekvivalentində artması manatın 2015-ci il ərzində 2 dəfədən artıq devalvasiyası ilə əlaqədardır. Xarici öhdəliklər 70% artsa da, real olaraq azalıb. Kommersiya banklarının manatın məzənnəsinin zəifləməsi fonunda xarici öhdəliklərini daha da sürətlə azaldacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi