Yuxarı

Azərbaycan banklarının xarici borcu məcmu öhdəliklərin 22%-ni təşkil edir

Yenidənmaliyyələşdirmə əmsalı 20%-dən az olduqda bank sektorunda likvidlik kəsiri yarana bilər

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 2015-ci il aprelin 1-nə 6,4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bank sektoru üzrə yenidən maliyyələşdirmə (rollover) əmsalı bu ilin mart ayında 89% səviyyəsində olub. Ortamüddətli dövrdə (2009-2014-cü illər) sektor üzrə xarici borcun yenidən maliyyələşdirmə əmsalı 150% olub ki, bu da bankların xarici bazarlardan vəsait cəlb etmək potensialının yüksək olmasını əks etdirir. Məlumatda deyilir ki, buna baxmayaraq, Mərkəzi Bank tərəfindən bank sektorunun xarici bazarlardan vəsait cəlb etmə qabiliyyətinin pisləşməsinin simulyasiyası həyata keçirilib. Bu məqsədlə sektor üzrə likvidlik tələbi və likvidlik izafiliyi/defisiti hesablanıb.

Qiymətləndirmələrə əsasən, bank sektoru xarici borcun yenidən maliyyələşdirilməsinin səngiməsinə kifayət qədər dayanıqlıdır və bankların cəlb edilmiş vəsaitləri ödəmək üçün kifayət qədər likvid aktivləri var. Yalnız yenidənmaliyyələşdirmə əmsalı 20%-dən az olduqda bank sektorunda likvidlik kəsiri yarana bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi