Azərbaycan banklarının məcmu aktivləri 30,037 mlrd. manatdır

Azərbaycan banklarının məcmu aktivləri 30,037 mlrd. manatdır Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun icmal göstəricilərini açıqlayıb
Maliyyə
4 Avqust , 2017 09:25
Azərbaycan banklarının məcmu aktivləri 30,037 mlrd. manatdır

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30 036,9 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bankların cəmi öhdəlikləri 27 322,9 mln. manat, cəmi kapitalı isə 2,714 mlrd. manat olub.

İyulun 1-nə əhalinin banklarda 6 880,7 mln. manat əmanəti təşkil edib.

Hesabat tarixinə bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatlarının sayı isə 2 503 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 095 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi