Azərbaycan banklarının kredit qoyuluşu bu il 23% azalıb

Azərbaycan banklarının kredit qoyuluşu bu il 23% azalıb Ötən ilin eyni dövrü ilə müqayisədə azalma 2,254 mlrd. manat və ya 12% olub
Maliyyə
4 Noyabr , 2016 16:57
Azərbaycan banklarının kredit qoyuluşu bu il 23% azalıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit qoyuluşları 2016-cı il oktyabrın 1-nə 16,274 mlrd. manat təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 54,6 mln. manat və ya 0,3% azdır.

Kredit qoyuluşu ilin əvvəlinə nisbətən 4 890,5 mln. manat və yaxud 23,1%, 2015-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 253,5 mln. manat və yaxud 12,2% azdır.

Son xəbərlər

Orphus sistemi