Yuxarı
    Bağlamaq

    Azərbaycan banklarının kapitalı 7 mln. manat azalıb

    İllik müqayisədə isə azalma 16%-i üstələyib

    Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 2016-cı il mart ayının 1-nə 3 584,7 mln. manat təşkil edib.

    "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bankların məcmu kapitalı fevralın 1-nə olan göstərici ilə müqayisədə 6,7 mln. manat və ya 0,2% azalıb. 

    Qeyd edək ki, cari ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə azalma 637,3 mln. manat və ya 15%, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 697,1 mln. manat və ya 16,3% olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi