​Azərbaycan banklarının aktivləri 33% artıb

​Azərbaycan banklarının aktivləri 33% artıb Son bir ayda isə artım 1%-dən bir qədər çox olub
Maliyyə
3 İyun , 2015 15:14
​Azərbaycan banklarının aktivləri 33% artıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanın bank sektoru üzrə məcmu aktivlərin həcmi bu il mayın 1-nə 29 238,4 mln. manat təşkil edib. Bu, aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 388,1 mln. manat və ya 1,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bank aktivlərinin ümumi həcmi 7 228,9 mln. manat və ya 32,8% artıb.

Qeyd edək ki, bank sektorunun məcmu kapitalı bu il mayın 1-i vəziyyətinə 4 471,7 mln. manat təşkil edib. Bu, aprelin 1-nə nisbətən 31,6 mln. manat və ya 0,7% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə artım 866,3 mln. manat və ya 24% olub.

Son xəbərlər

Orphus sistemi