​Azərbaycan banklarından biri istehlak kreditlərini ucuzlaşdırıb

​Azərbaycan banklarından biri istehlak kreditlərini ucuzlaşdırıb Fiziki şəxslərə kredit illik 29%-lə verilir
Maliyyə
6 Avqust , 2016 10:14
​Azərbaycan banklarından biri istehlak kreditlərini ucuzlaşdırıb

Bakı. 6 avqust. REPORT.AZ/ "Kapital Bank" ASC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini 2% azaldıb. Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, əgər əvvəllər fiziki şəxslər illik 31%-lə kredit ala bilirdisə, hazırda faiz dərəcəsi 29%-dir.

Bankda istehlak kreditlərinin məbləği 300 manatdan 15 000 manata qədər dəyişir. Kreditin maksimal müddəti 40 aydır. Kreditə görə komisyon haqqı isə borcun 1%-i qədərdir.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. "PAŞA Holdinq"ə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi