Yuxarı
    Bağlamaq

    ​Azərbaycan banklarındakı əmanətlərin 73%-i qorunur

    Bu barədə Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir

    Bakı. 2 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısının yekunlarına görə, Azərbaycan banklarında fiziki şəxslərin cəmi əmanətləri 7 761 mln. manat təşkil edib. "Report" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) açıqlamasında bildirilir.

    Məlumata görə, 2016-cı ilin II rübündə qorunan əmanətlər əvvəlki rüblə müqayisədə 543 mln. manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 mln. manat (5%) azalıb və nəticədə cəmi əmanətlərin (7,8 mlrd. manat) 73%-ni (5,66 mlrd. manat) qorunan əmanətlər, 27%-ni (2,1 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.

    Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2,275 mlrd. manat) artaraq 4,572 mln. manat olub ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ni, qorunan əmanətlərin isə 81%-ni təşkil edib.

    Qorunan əmanətlərin 77%-i ABŞ dolları, 19%-i manat, 4%-i avronun payına düşür.

    Cari ilin iyulun 1-nə Fondun cəmi aktivləri 168,2 mln. manat edib, bundan 2,2 mln. manat uzunmüddətli aktivlərin payına düşür.

    Bu ilin II rübündə ƏSF-nin cəmi gəlirləri 13,7 mln. manat olub ki, bunun da 13,2 mln. manatını təqvim haqları, 443 min manatını faiz gəlirləri təşkil edib. Fondun inzibati və ümumi xərcləri 1,8 mln. manat, bunun da 943,5 min manatını əməliyyat xərcləri təşkil edib.

    Hazırda Fondun investisiya portfeli 7,3 mln. manat təşkil edən qiymətli kağızlardan ibarətdir.

    Son rübün yekununda Fondun iştirakçısı olan bankların sayı 37 olub.

    Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, ƏSF-nin Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə sığortalanır.

    Martdan əvvəl isə illik 12%-dək xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi