Azərbaycan banklarına yenidən işçi axını başlayıb

Azərbaycan banklarına yenidən işçi axını başlayıb İyunda 61 nəfər banklarda işə düzəlib
Maliyyə
4 Avqust , 2017 09:42
Azərbaycan banklarına yenidən işçi axını başlayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan banklarının filiallarının sayı ilin əvvəlindən 9 ədəd azalaraq bu il iyulun 1-nə 560 ədəd təşkil edib.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, bunun əvəzində bank sektorunda şöbələrin sayı 10 ədəd artaraq 141-ə çatıb. İyunun 1-i ilə müqayisədə filialların və şöbələrin sayı dəyişməyib. 

Altı ay ərzində banklara məxsus bankomatların sayı 42 ədəd artaraq 2 503 olub. Aylıq müqayisədə isə bankomatların sayında 27 ədəd artım qeydə alınıb. 

İlin əvvəli ilə müqayisədə bank işçilərinin sayı 852 nəfər azalaraq 16 095 nəfər təşkil edib. Aylıq müqayisədə işçilərin sayında 61 nəfər artım baş verib. 

Son xəbərlər

Orphus sistemi