Azərbaycan bankları yanvarda 7 yeni bankomat quraşdırıb

Azərbaycan bankları yanvarda 7 yeni bankomat quraşdırıb Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb
Maliyyə
18 Mart , 2017 11:13
Azərbaycan bankları yanvarda 7 yeni bankomat quraşdırıb
Courtesy İmage

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı sabit – 569 qalsa da, bank şöbələrinin sayı 1 ədəd artaraq 132-yə yüksəlib.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumatda, həmçinin bildirilir ki, ay ərzində banklar 7 yeni bankomat quraşdıraraq ATM qurğularının sayını 2 468-ə çatdırıb.

Hesabat dövründə bank sektorunun işçi heyəti isə 19 nəfər azalaraq 16 928-ə düşüb. 

Son xəbərlər

Orphus sistemi