Azərbaycan bankları valyuta satışından valyuta alışına keçib

Azərbaycan bankları valyuta satışından valyuta alışına keçib Bu, manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır
Maliyyə
4 Avqust , 2017 18:38
Azərbaycan bankları valyuta satışından valyuta alışına keçib

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycan manatının xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında bildirilir.

İcmala əsasən, 6 ay ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. Belə ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23,3%, avro ilə əməliyyatların həcmi isə 4,8% azalıb.

Hesabat dövründə valyuta bazarında əməliyyatların 85,9%-i ABŞ dollarında, 14,1%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24,4%-i banklararası valyuta bazarında (BVB), 75,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57,6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,7%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar ötən ilin 6 ayı ərzində 151 mln. dollarlıq xalis valyuta satışı həyata keçirdiyi halda, bu ilin yanvar-iyun aylarında 91 mln. dollarlıq xalis alış həyata keçirib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi