Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb

Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb Kreditlərin yarıdan çoxu xarici valyutada verilib
Maliyyə
14 Fevral , 2017 12:19
Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda banklar tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin ümumi həcmi illik müqayisədə 215 mln. manat və ya 24,4% azalaraq 2017-ci il yanvarın 1-nə 665,7 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Kreditlərin 307,7 mln. manatı və ya 46,2%-i manatla, 358,0 mln. manatı və ya 53,8%-i xarici valyutada verilib.

Qeyd edək ki, ümumiyyətlə, banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu da hesabat ilində 2 372,2 mln. manat və ya 30,2% azalaraq bu ilin əvvəlinə 5 483,1 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi