Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan banklarının kredit portfeli bu il yanvarın 1-nə 11 337,6 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 468,3 mln. manat və yaxud 4% azdır.
2017-ci ilin əvvəlinə nisbətən isə banklar kreditləşməni 4 633,6 mln. manat və yaxud 29% azaldıb.