Bakı.21 dekabr. REPORT.AZ/ Azərbaycanın valyuta bazarında yeni devalvasiyadan sonra nağd dollar və avronun alış-satış məzənnəsi müvafiq olaraq təxminən 1,55-1,58 AZN/USD və 1,66-1,71 AZN/EUR-ya yüksəlib.
"Report" qeyd edir ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni, valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.
Nəticədə, dollar üçün minimal alış və maksimal satış məzənnəsi 1,5190 AZN/USD, satış məzənnəsi isə 1,5810 AZN/USD, avro üçün isə müvafiq olaraq 1,6513 AZN/EUR və 1,7187 AZN/EUR ola bilər.
Aşağıdakı cədvəldən göründüyü kimi, ölkədəki əksər banklar bu gün üçün alış və satış məzənnəsini icazə verilən maksimal həddə yaxınlaşdırıb:
Banklar |
USD (alış-satış, AZN) |
EUR (alış-satış, AZN) |
Minimal-maksimal məzənnə (+/- 2% marja ilə) | 1,5190-1,5810 | 1,6513-1,7187 |
Unibank | 1,5500-1,5790 | 1,6766-1,6934 |
Accessbank | 1,5250-1,5750 | 1,6600-1,7000 |
İnternational Bak of Azerbaijan | 1,5419-1,5733 | 1,6682-1,7069 |
Bank of Baku | 1,5190-1,5810 | 1,6520-1,7180 |
Demirbank | 1,5200-1,5800 | 1,6520-1,7180 |
YapıKredi Bank Azerbaijan | 1,5399-1,5601 | 1,6682-1,7019 |
Bank Respublika | 1,5191-1,5809 | 1,6520-1,7180 |
Rabitabank | 1,5190-1,5810 | 1,6513-1,7187 |
Amrahbank | 1,5190-1,5810 | 1,6513-1,7186 |
Muganbank | 1,5190-1,5810 | 1,6513-1,7187 |
Kapital Bank | 1,5200-1,5800 | 1,6520-1,7180 |
Nikoil Bank | 1,5190-1,5810 | 1,6513-1,7187 |