Yuxarı
    Bağlamaq

    Azərbaycan bankları nağd dollar satışında limiti ləğv edib

    Bu barədə banklardan bildirilib

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb. "Report"un əldə etdiyi məlumata görə, söhbət "Bank Respublika" və "Azər-Türk Bank" ASC-lərdən gedir.

    Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.

    "Atabank"dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın "Qaynar xətti" ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

    Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, "Azərbaycan Sənaye Bankı"nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi