​Azərbaycan bankları müştərilərini itirir

​Azərbaycan bankları müştərilərini itirir Bank müştərilərinin sayı bir ayda 4% azalıb
Maliyyə
6 Fevral , 2015 13:08
​Azərbaycan bankları müştərilərini itirir

Bakı. 06 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət kommersiya bankları 2014-cü ilin dekabr ayı ərzində 210,2 min müştəri itirib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bank müştərilərinin sayı dekabrda 3,92% azalaraq 5,146 mln. nəfər təşkil edib. Hesabata əsasən, illik müqayisədə isə bank müştərilərinin sayında 2,45% azalma qeydə alınıb.

Cari il yanvarın 1-nə bank müştərilərinin 5,050 mln. nəfəri fiziki, 96,5 min nəfəri hüququi şəxslər olub. Aylıq azalma fiziki şəxslər üzrə 3,93%, hüquqi şəxslər üzrə 3,83% olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə fiziki şəxslərin sayında 2,44%, hüquqi şəxslərdə isə 3,15% azalma müşahidə olunub.

Hesabat ilində müştəri hesablarının sayı illik 58,24% artaraq 14,242 mln. təşkil edib. Cari hesablar illik 23,49% artaraq 10,447 mln., depozit hesabları 21,85% artaraq 658,2 min olub. Cari hesabların 10,272 mln.-u fiziki, 175,6 mini hüquqi şəxslərin payına düşüb.

Son xəbərlər

Orphus sistemi