Azərbaycan bankları mənfəətlə işləməyə başlayıb

Azərbaycan bankları mənfəətlə işləməyə başlayıb İlk ayı 496 mln. manat xalis zərərlə başa vuran bank sektoru iki ayda 50 mln. manat xalis mənfəət əldə edib
Maliyyə
5 Aprel , 2017 10:14
Azərbaycan bankları mənfəətlə işləməyə başlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının məcmu aktivləri 2017-ci il martın 1-nə 30 419,2 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,25% azdır.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, bankların aktivlərinin 50,6%-ni və yaxud 15 395,9 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. İlin ilk 2 ayı ərzində kredit portfeli 3,4% azalıb.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 6% azalaraq 27 772,7 mln. manat, o cümlədən depozit portfeli 1,2% azalaraq 16,212 mlrd. manat olub. Qeyd olunur ki, fiziki şəxslərin depozitləri 5,2% azalaraq 7 048,3 mln. manata düşüb, hüquqi şəxslərin depozitləri isə 1,7% artaraq 9 127,7 mln. manata çatıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 49% azalaraq 865,5 mln. manata enib.

Yanvar-fevral aylarında bankların cəmi kapitalı isə 38,65% artaraq 2 646,6 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankların faiz gəlirləri 348,8 mln. manat, faiz xərcləri 170,6 mln. manat, qeyri-faiz gəlirləri 163,8 mln. manat, qeyri-faiz xərcləri isə 144,7 mln. manat təşkil edib. Son nəticədə, bankların xalis əməliyyat mənfəəti 197,3 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 143,6 mln. manat yönəldib, digər mənbələrdən 1,9 mln. manat gəlir əldə edib, 5,5 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da, bank sektoru ilin ilk iki ayını 50 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, banklar yanvar ayından 496 mln. manat xalis zərərlə çıxıb.

Son xəbərlər

Orphus sistemi