Azərbaycan bankları marja ilə bağlı tələbi pozub

Azərbaycan bankları marja ilə bağlı tələbi pozub Bəzi kommersiya bankları AMB-nin 4%-lik marja ilə bağlı tələbnamasinə riayət etmir
Maliyyə
11 Yanvar , 2016 18:19
Azərbaycan bankları marja ilə bağlı tələbi pozub

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsində tətbiq etdiyi yeni qaydaya əsasən, bu günə olan rəsmi məzənnələri nəzərə alaraq nağd dolların satışı maksimum 1,6268 AZN/USD, avronun satışı isə 1,7755 AZN/EUR-u keçə bilməz. 

"Report"un kommersiya banklarının rəsmi saytlarına istinadən verdiyi xəbərə görə, bir sıra banklar bu limitə əməl etməyib. Buna müvafiq olaraq alış məzənnəsi minimal 1,5016 AZN/USD, avroda isə 1,6389 AZN/EUR-dan az olmamalıdır.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 8 yanvar tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün rəsmi məzənnədən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Bununla əlaqədar banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.

Yəni bugünkü rəsmi məzənnəyə (1,5642 AZN/USD) uyğun olaraq dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

Xatırladaq ki, AMB 2015-ci il dekabrın 21-də "üzən məzənnə"yə keçənə qədər alış-satış məzənnəsi üçün marja +/- 2% olub. Daha sonra "üzən məzənnə" rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırılıb və banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başlayıb.

Banklar AZN/USD AZN/EUR
Alış Satış Alış Satış
1 Accessbank 1,6000    1,6260    1,6390    1,7750   
2 AGBank 1,5500 1,6267 1,6730 1,7755
3 Amrahbank 1,5600 1,6200 1,6920 1,7750
4 ASB Bank 1,5600 1,6260 1,6880 1,7750
5 Atrabank 1,5642 1,6267 1,7000 1,7754
6 Expressbank 1,5641 1,6267 1,7050 1,7754
7 Bank BTB 1,6000 1,8900 1,6594 1,9781
8 Azer-Turk Bank 1,5641 1,6250 1,6815 1,7750
9 Bank VTB Azerbaijan 1,5500 1,6260 1,6390 1,7750
10 Zaminbank 1,5016 1,6260 1,7065 1,7263
11 YapiKredi Bank Azerbaijan  1,5024 1,6260 1,6398 1,7746
12 Unibank 1,6100 1,6260 1,7072 1,7746
13 Turanbank 1,5650 1,6265 1,6400 1,7750
14 NBC Bank 1,5600 1,6200 1,6400 1,7700
15 Muganbank 1,5600 1,6268 1,6400 1,7750
16 Kapital Bank 1,5569 1,6265 1,6894 1,7752
17 Dekabank 1,5500 1,6260 1,6500 1,7500
18 Bank Respublika - 1,6267 - 1,7750
19 Demirbank 1,5635 1,6260 1,6770 1,7740
20 Pasha Bank 1,6189 1,6267 1,7669 1,7754
21 Bank of Baku 1,5900 1,6250 1,6390 1,7750

Son xəbərlər

Orphus sistemi