Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan bank sektorunun xalis kredit portfeli bu il martın 1-nə 9 677,3 mln. manat təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 1,9% azdır.
Son ildə isə banklar kreditləşməni 29,3% azaldıb.